Reklam resmi
Reklam resmi

"Lufthansa" əməkdaşlarını İsraili tərk etməyə ÇAĞIRDI

\"Lufthansa\" əməkdaşlarını İsraili tərk etməyə ÇAĞIRDI
Dünya

"Lufthansa" aviaşirkətlər qrupu öz əməkdaşlarını İsraili tərk etməyə hazırlaşmağa çağırıb.

Ajans.az bu barədə N12 agentliyinə istinadən məlumat verir.

Məlumata görə, İsraillə hava əlaqəsi yanvarın 15-dən etibarən dayandırıla bilər. "Lufthansa" qrupuna daxil olan aviaşirkətlər arasında "Lufthansa", "Austrian Airlines", "Swiss Air", "Eurowings" və "Brussels Airlines" var.

Bundan əlavə, "Austrian Airlines" aviaşirkəti sabahkı Vyana - Təl-Əviv və Təl-Əviv - Vyana reyslərinin ləğv edildiyini açıqlayıb. Şirkətdən bildirilib ki, bu qərar əlverişsiz hava şəraiti səbəbindən verilib.

Mövzular:
Lufthansa aviaşirkət

Digər Xəbərlər