Reklam resmi
Reklam resmi

Enerji sektorunda fövqəladə vəziyyət - BU ÖLKƏDƏ

Enerji sektorunda fövqəladə vəziyyət - BU ÖLKƏDƏ
Dünya

Ukraynanın enerji sektorunda fövqəladə vəziyyət elan ediləcək.

Ajans.az-ın məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski bunu iclasdan sonra "Telegram" kanalında yazıb.

O, həmçinin Kiyevdəki vəziyyəti əlaqələndirmək üçün 24 saatlıq qərargah yaradılacağını bildirib.

"Kiyevdəki vəziyyətə xüsusi diqqət yetirilir. Rusiya zərbələrinin nəticələri və pisləşən hava şəraiti səbəbindən vəziyyət ağırdır. Kiyevdəki vəziyyəti əlaqələndirmək üçün daimi fəaliyyət göstərəcək qərargah yaradılacaq. Ukraynanın enerji sektorunda ümumilikdə fövqəladə vəziyyət elan ediləcək. Bu şəraitdə insanları və icmaları dəstəkləmək, eləcə də praktik məsələləri həll etmək Ukrayna Baş nazirinin birinci müavini və energetika nazirinə tapşırılıb", - Zelenski qeyd edib.

Mövzular:
Enerji Ukrayna

Digər Xəbərlər