Reklam resmi
Reklam resmi

Almaniyada İran bayrağını CIRIBLAR

Almaniyada İran bayrağını CIRIBLAR
Dünya

Naməlum şəxslər Berlində yerləşən İran səfirliyinin ərazisinə daxil olaraq ölkənin dövlət bayrağını cırıblar.

Ajans.az xəbər verir ki,bu barədə Berliner Zeitung qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, hadisə çərşənbə axşamı axşam saatlarında, təxminən 22:45-də baş verib. Steglitz-Zehlendorf rayonunda yerləşən səfirliyin ərazisində bir neçə nəfər təhlükəsizlik işçilərinin diqqətini yayındırıb, daha sonra iki nəfər hasara dırmaşaraq səfirliyin ərazisinə daxil olub və İran bayrağını bayraq dirəyindən qoparıb.

Hücum edən şəxslər əraziyə iki ədəd Şah dövrünə aid bayraq asmağa cəhd ediblər, lakin buna nail ola bilməyərək hadisə yerindən qaçıblar. Məlumata görə, onlardan biri hasardan dırmaşarkən xəsarət alıb. Berlin polisi faktla bağlı araşdırma aparır.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Almaniya İran

Digər Xəbərlər