Fransada tarixi dəyişiklik: ölümlər doğumları üstələyib
Fransa 2025-ci ildə İkinci Dünya Müharibəsinin başa çatmasından sonra ilk dəfə olaraq demoqrafik geriləmə ilə üzləşib. Belə ki, ölkədə ölənlərin sayı doğulanların sayını üstələyib. Bu proses Fransanın uzun illər Avropa İttifaqı ölkələri arasında malik olduğu demoqrafik üstünlüyü zəiflədib.
Ajans.az xəbər verir ki,bu barədə “Le Monde” qəzeti Fransanın Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutunun (INSEE) məlumatlarına istinadən xəbər yayıb.
Məlumata görə, 2025-ci ildə ölkədə 651 min ölüm, 645 min doğum qeydə alınıb. Doğum göstəricilərindəki bu azalma qlobal COVID-19 pandemiyasının başlanğıcından sonra daha da kəskinləşib.
Qeyd olunur ki, Fransa uzun müddət Avropanın əksər ölkələri ilə müqayisədə daha əlverişli demoqrafik göstəricilərə malik olub. Lakin əhalinin sürətlə yaşlanması və doğum səviyyəsinin aşağı düşməsi ölkəni Avropada dövlət maliyyəsinə ciddi təzyiq göstərən demoqrafik böhran qarşısında daha həssas vəziyyətə salır.
Mövzular: