"Venesuelada sülhün bərqərar olacağına ümidvarıq" - Ceyhun Bayramov
Nazir Ceyhun Bayramov Venesuelada baş verən hadisələr nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
XİN-dən Ajans.az verilən xəbərə görə, Ceyhun Bayramov bu barədə venesuelalı həmkarı ilə telefon danışığı zamanı bildirib.
Qeyd edilib ki, nazir Venesuelada sülh və sabitliyin bərqərar olacağına, Venesuelanın birliyinin qorunacağına ümidvar olduğunu bildirib.
Mövzular: