Reklam resmi
Reklam resmi

İranda dəfn mərasimləri yeni etiraz dalğasını alovlandırıb

İranda dəfn mərasimləri yeni etiraz dalğasını alovlandırıb
Dünya

İranda etirazlar zamanı həlak olan şəxslərin dəfn mərasimləri yeni etiraz dalğasına səbəb olub.

Ajans.az Azad İran teleqram kanalına istinadən xəbər verir ki,dünən Tehranın Beheşt-e Zəhra qəbiristanlığında keçirilən dəfn mərasimləri zamanı etiraz şüarları səsləndirilib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə mərhumların cəsədlərini daşıyan insanların “Qardaşımı öldürən hər kəsi öldürəcəyəm!” və “Xamneyiyə ölüm!” kimi şüarlar səsləndirdiyi görünür.

Təxminən iki həftə əvvəl başlayan ümumxalq etirazlarına baxmayaraq, İran hökumətinin rəsmiləri etirazçılara qarşı sərt ritorikanı davam etdirir, “qarşıdurma səviyyəsinin artdığını” bəyan edirlər. Bu isə ölkədə gərginliyin hələ də yüksək səviyyədə qaldığını göstərir.

Müşahidəçilərin fikrincə, etirazların hətta dəfn mərasimləri zamanı belə davam etməsi İran cəmiyyətindəki dərin narazılığı, həmçinin İslam Respublikası hakimiyyətinə qarşı artan qəzəbi və üsyan əhval-ruhiyyəsini açıq şəkildə ortaya qoyur.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İran etirazlar

Digər Xəbərlər