Reklam resmi
Reklam resmi

Fransa könüllü hərbi xidmətİ kampaniyasına BAŞLAYIB

Fransa könüllü hərbi xidmətİ kampaniyasına BAŞLAYIB
Dünya

Fransa Silahlı Qüvvələri könüllü hərbi xidmətə qəbul üçün ərizələrin qəbulu prosesini açıb və 2026-cı ilin sentyabr ayına qədər təxminən 3 000 gəncin xidmətə cəlb olunmasını planlaşdırır.

Ajans.az xəbər verir ki,bu barədə Fransa Silahlı Qüvvələri naziri Ketrin Votrin mətbuat konfransında məlumat verib.

“Bu gün, 12 yanvar tarixində Silahlı Qüvvələrimiz sıralarına qoşulacaq ilk gənc könüllü qrupu üçün qəbula başlayırıq. 18–25 yaş arası 3 000 gənc kişi və qadın seçiləcək”, – nazir bildirib.

Votrin əlavə edib ki, 2026-cı il üçün qəbul əvvəlki illərdən gec başlayır, buna görə də müraciət prosesi sadələşdirilib. Ərizələr nazirliyin rəsmi veb saytı, xüsusi telefon nömrələri və ya şəxsi işə qəbul mərkəzləri (CIRFA) vasitəsilə qəbul olunur. Müraciətlər aprel ayına qədər qəbul ediləcək, namizədlər tibbi müayinə, şəxsi müsahibə və təhlükəsizlik yoxlamasından keçdikdən sonra seçiləcək.

Xidmətin müddəti 10 ay olacaq və 2026-cı ilin sentyabr-noyabr ayları arasında başlayacaq.

author picture
Leyla Bayandurlu
Mövzular:
Fransa hərbi xidmət

Digər Xəbərlər