ABŞ Prezidenti Venesuela ilə bağlı yumoristik paylaşım edib
ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yumoristik məzmunlu paylaşım edərək özünü Venesuelanın müvəqqəti prezidenti kimi təqdim edib.
Ajans.az xəbər verir ki,paylaşılan şəkil Trampın Vikipediyadakı tərcümeyi-halının ekran görüntüsü formasında stilizə olunub. Şəkildə onun ABŞ-ın 45-ci və 47-ci prezidentləri olması ilə yanaşı, 2026-cı ilin yanvar ayından etibarən Venesuelanın müvəqqəti prezidenti kimi də göstərildiyi qeyd olunub.
Xatırladaq ki, yanvarın əvvəlində Venesuelanın Ali Məhkəməsi Delsi Rodrigesi ölkənin müvəqqəti prezidenti kimi tanıyıb.

Mövzular: