Reklam resmi
Reklam resmi

İranda etirazlar zamanı prokuror HƏLAK OLUB

İranda etirazlar zamanı prokuror HƏLAK OLUB
Dünya

İranda baş verən kütləvi iğtişaşlar zamanı bir prokuror və bir neçə təhlükəsizlik qüvvəsi əməkdaşı həlak olub.

Ajans.az xəbər verir ki,bu barədə İranın dövlət televiziyası IRIB məlumat yayıb.

Məlumata görə, Şimali Xorasan əyalətinin baş hakimi Rza Baratizadə bildirib ki, hadisə cümə axşamı əyalətin Esfarayen şəhərində baş verib. İğtişaşlar zamanı şəhər prokuroru Əli Əkbər Hüseynzadə hüquq-mühafizə orqanları və təhlükəsizlik qüvvələri ilə birlikdə vəziyyəti yerində izləyərkən hücuma məruz qalıb.

Baratizadənin sözlərinə görə, əksəriyyəti Esfarayen şəhərinin və ya Şimali Xorasan əyalətinin sakinləri olmayan iğtişaş iştirakçıları prokurorun və təhlükəsizlik qüvvələrinin yerləşdiyi binanı yandırıb, həmçinin tibb işçilərinin hadisə yerində yardım göstərməsinə mane olublar.

Hadisə ilə bağlı əlavə araşdırma aparıldığı bildirilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
İran Əli Əkbər Hüseynzadə

Digər Xəbərlər