Reklam resmi
Reklam resmi

Belçikada fermerlər etiraz olaraq magistral yolları BAĞLAYIBLAR

Belçikada fermerlər etiraz olaraq magistral yolları BAĞLAYIBLAR
Dünya

Belçikada fermerlər Avropa İttifaqı ilə Merkosur ölkələri arasında planlaşdırılan azad ticarət sazişinə etiraz olaraq bir neçə magistral yolu bağlayıblar.

Ajans.az xəbər verir ki,bu barədə Belqa xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, qış hava şəraitinə baxmayaraq, fermerlər Vallon magistral şəbəkəsinin müxtəlif strateji nöqtələrində traktorlardan istifadə edərək yol blokadaları qurublar. Etirazların son günlərdə daha da güclənməsinin səbəbi Aİ-nin cümə günü Merkosur ilə azad ticarət müqaviləsini təsdiqləməsinin gözlənilməsidir.

KİV-lərin məlumatına əsasən, fermerlər ən azı 16 əsas yol qovşağını və sərhəd keçidini bağlayıblar.

Qeyd edək ki, oxşar etiraz aksiyaları 2024-cü il ərzində digər Aİ ölkələrində də baş verib. Fermerlər Avropa bazarının sanitariya və ekoloji tələbləri daha zəif olan ucuz Latın Amerikası məhsulları ilə dolacağından narahatdırlar.

Merkosur Argentina, Uruqvay, Paraqvay, Braziliya və Boliviyanı birləşdirən Cənubi Amerika ortaq bazarıdır. Bu birlik təxminən 250 milyon insanı və qitənin ümumi ÜDM-nin 75 faizindən çoxunu təmsil edir.

Fermerlər həmçinin hesab edirlər ki, gözlənilən saziş Latın Amerikası istehsalçıları ilə “ədalətsiz rəqabət” yaradacaq və bu da Avropa kənd təsərrüfatı məhsullarının satışının daha da azalmasına səbəb ola bilər.

Начало формы

Конец формы

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Belçika etirazlar

Digər Xəbərlər