Ukrayna BMT-nin təcili iclasını ÇAĞIRDI
Ukrayna Rusiya Silahlı Qüvvələrinin Lvova “Oreshnik” raket sistemi ilə endirdiyi zərbədən sonra BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
Ajans.az xəbər verir ki,bu barədə Ukrayna Xarici İşlər Naziri Andrey Sibiha sosial şəbəkədə məlumat yayıb.
Russia claims it used an intermediate range ballistic missile, so-called “Oreshnik”, against Lviv region. Such a strike close to EU and NATO border is a grave threat to the security on the European continent and a test for the transatlantic community. We demand strong responses…
— Andrii Sybiha ???????? (@andrii_sybiha) January 9, 2026
">Nazirin açıqlamasına görə, “AB-NATO sərhədi yaxınlığında belə bir zərbə Avropa qitəsinin təhlükəsizliyinə ciddi təhdid yaradır və transatlantik icma üçün sınaqdır”. O əlavə edib ki, Rusiyanın ehtiyatsız hərəkətlərinə cavab olaraq qətiyyətli tədbirlər tələb olunur.
Ukrayna zərbənin təfərrüatlarını diplomatik kanallar vasitəsilə ABŞ-a, Avropa tərəfdaşlarına və beynəlxalq təşkilatlara çatdırır. Bundan əlavə, Sibiha bildirib ki, Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclası, Ukrayna-NATO Şurasının iclası, həmçinin AB, Avropa Şurası və ATƏT daxilində cavab tədbirləri təşəbbüsü ilə çıxış edir.
Rusiya Müdafiə Nazirliyi isə yayılan bəyanatda Ukraynanın vacib hədəflərinə “Oreshnik” orta mənzilli mobil raket sistemi də daxil olmaqla, uzaq mənzilli quru və dəniz əsaslı dəqiq silahlar və pilotsuz uçuş aparatları vasitəsilə kütləvi zərbə endirdiyini açıqlayıb.