Tramp İrandakı etirazları dünya ictimaiyyətinə nümayiş ETDİ
ABŞ prezidenti Donald Tramp bu gün İrandakı etiraz aksiyaları ilə bağlı video paylaşımı edib.
Ajans.az xəbər verir ki bu barədə o, Truth Social platformasında YouTube-dan götürülmüş videonu yayımlayıb. Həmin video İsrailin Channel 13 televiziya kanalı tərəfindən hazırlanıb.
Tramp paylaşımına belə başlıq əlavə edib: “Bir milyondan çox insan mitinqə qatılıb: İranın ikinci ən böyük şəhəri etirazların nəzarəti altındadır, rejim qüvvələri geri çəkilir”.
Ekspertlər bu paylaşımı Trampın İrandakı hadisələri yaxından izlədiyinə dair açıq siqnal kimi dəyərləndirirlər.
Mövzular: