Pezeşkian: “Etirazlar zamanı güc tətbiqindən qaçınılmalıdır”
İran Prezidenti Məsud Pezeşkian ölkədə 12 gündən artıqdır davam edən etiraz aksiyaları fonunda təhlükəsizlik qüvvələrinə maksimum təmkin nümayiş etdirməyi tövsiyə edib. Prezident bildirib ki, milli təhlükəsizliyə ciddi təhdid olmadığı hallarda güc tətbiqindən qaçınılmalıdır.
Ajans.az İran KİV-nə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları etirazlar zamanı vətəndaşlarla qarşıdurmadan yayınmalı, vəziyyəti gərginləşdirə biləcək addımlardan çəkinməlidirlər.
İranın icra işləri üzrə vitse-prezidenti Məhəmməd Cəfər Qaempenah isə qeyd edib ki, silah və ya bıçaq daşıyan şəxslər, eləcə də hərbi və təhlükəsizlik obyektlərinə hücum edənlər iğtişaşçı hesab olunur. Bununla yanaşı, o vurğulayıb ki, təhlükəsizlik qüvvələrinin əsas vəzifəsi dialoqu təmin etmək, dinc ünsiyyət qurmaq və xalqın tələblərini dinləməkdir.
Rəsmilərin bu açıqlamaları ölkədə davam edən etirazlar fonunda gərginliyin azaldılmasına yönəlmiş çağırış kimi qiymətləndirilir.
Mövzular: