Reklam resmi
Reklam resmi

İranda hökumət binaları YANDIRILDI

İranda hökumət binaları YANDIRILDI
Dünya

Dünən gecə İranın müxtəlif bölgələrində etiraz aksiyaları baş verib.

Ajans.az IranIntl-ya istinadən xəbər verir ki, bir sıra şəhərlərdə hökumətə məxsus binalar hücuma məruz qalıb.

Belə ki, Yəzd şəhərində etirazçılar şəhər icra hakimiyyətinin binasını yandırıblar. Paytaxt Tehranda isə hökumət binasında yanğın baş verib. Hadisə zamanı etirazçıların alqış səsləri eşidilib.

Hazırda rəsmi qurumlar hadisələrlə bağlı açıqlama verməyib. Ölkə üzrə etirazların davam etdiyi bildirilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
İran etirazlar

Digər Xəbərlər