Reklam resmi
Reklam resmi

İranda etirazlar: 11 gündə 38 nəfər HƏLAK OLUB

İranda etirazlar: 11 gündə 38 nəfər HƏLAK OLUB
Dünya

İranda davam edən etiraz aksiyaları nəticəsində son 11 gün ərzində ümumilikdə 38 nəfər həlak olub. Ölənlərdən 34-ü etirazçı, dördü isə hüquq-mühafizə orqanlarının əməkdaşıdır.

Ajans.az xəbər verir ki,bu barədə məlumat ABŞ-da yerləşən İran İnsan Haqları Fəalları Agentliyinin (HRANA) rəsmi internet saytında dərc olunmuş hesabatda yer alıb.

Hesabatda bildirilir ki, etirazlar ölkə üzrə 348 müxtəlif ərazini əhatə edib. Qarşıdurmalar zamanı onlarla insan yaralanıb, 2217 nəfər isə saxlanılıb.

Qeyd olunur ki, İran hakimiyyəti etirazlar zamanı ölən və yaralananların sayı ilə bağlı indiyədək rəsmi statistika açıqlamayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
İran etirazlar

Digər Xəbərlər