Reklam resmi
Reklam resmi

Almaniyanın paytaxtı beş gündür elektriksiz QALIB

Almaniyanın paytaxtı beş gündür elektriksiz QALIB
Dünya

Berlində kabelli körpüdə baş verən yanğından sonra təxminən 20 min ev təsərrüfatı və 850 müəssisə artıq beşinci gündür ki, elektrik enerjisiz qalır.

Ajans.az xəbər verir ki,bu barədə şəhərin elektrik şəbəkə operatoru Stromnetz Berlin rəsmi internet saytında məlumat yayıb.

Operatorun açıqlamasına görə, elektrik enerjisinin 8 yanvar günortadan sonra tam bərpa olunacağı gözlənilir. Bildirilib ki, 7 yanvar səhəri etibarilə təxminən 2 min ev təsərrüfatı və 100-ə yaxın müəssisə yenidən elektrik şəbəkəsinə qoşulub.

Qeyd edək ki, 3 yanvar tarixində kabelli körpüdə baş verən yanğın nəticəsində Berlində ümumilikdə 50 minə yaxın ev təsərrüfatı və 2 min müəssisə işıqsız qalmışdı. Polis ilkin mərhələdə yanğının qəsdən törədildiyini istisna etməsə də, sonradan bu ehtimal təsdiqlənib.

Hadisəyə görə məsuliyyəti “Vulkan” adlı solçu anarxist qrup öz üzərinə götürüb. Təxminən 14 ildir Berlin və Brandenburq ərazilərində müxtəlif adlar altında fəaliyyət göstərən qrup polisə göndərdiyi məktubda “hakim dairələrin elektrik enerjisini kəsmək” məqsədi güddüyünü bildirib, enerji obyektlərinə qarşı yeni təxribatlara çağırış edib. Qrup hücumu “imperiya həyat tərzinə qarşı yönəlmiş addım” kimi təqdim edib.

Berlin hakimiyyəti hadisədən sonra fövqəladə vəziyyət elan edib. Təxribatla bağlı istintaq dövlət təhlükəsizliyinə qarşı yönəlmiş xüsusilə ağır cinayətlərə baxan Karlsruedə yerləşən Federal Baş Prokurorluğun səlahiyyətinə verilib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Almaniya Berlin

Digər Xəbərlər