Ərdoğan: "ABŞ-ın Maduroya Türkiyə təklifi barədə xəbərimiz yoxdur"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Venesuela prezidenti Nikolas Maduroya istefa verərək Türkiyəyə getmək təklifindən xəbərsiz olduğunu açıqlayıb.
Ajans.az xəbər verir ki,bu barədə məlumatı İhlas Haber Ajansı yayıb.
Ərdoğan jurnalistin sualını cavablandırarkən bildirib:
"Belə bir şey baş verməyib. Bizə belə bir məlumat daxil olmayıb."
Xatırladaq ki, The New York Times qəzeti Vaşinqtonun Maduroya könüllü istefa verərək Türkiyəyə getmək imkanı təklif etdiyini yazıb. ABŞ bu təklifi siyasətçiyə onu həbs etmək üçün əməliyyatdan qısa müddət əvvəl verib.
Mövzular: