Reklam resmi
Reklam resmi

İran ABŞ və İsraili etirazlara müdaxiləni dayandırmağa çağırdı

İran ABŞ və İsraili etirazlara müdaxiləni dayandırmağa çağırdı
Dünya

İslam Respublikası ABŞ prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahunun İrandakı etirazlarla bağlı açıqlamalarını təhdid kimi qəbul edir və bunun “cavabsız qalmasına dözməyəcəyini” xəbərdar edib.

Ajans.az bu barədə İran Ordusunun Baş Komandanı Əmir Hatəmiyə istinadən xəbər verir.

General Hatəmi əlavə edib ki, “düşmən səhv edərsə, İran ötən ilin iyununda baş verən 12 günlük müharibədən də daha güclü cavab verəcək”.

Xatırladaq ki, Tramp əvvəllər Tehrana xəbərdarlıq etmişdi ki, əgər İran hakimiyyəti etirazçıları repressiya etməyə davam edərsə, ABŞ “müvafiq tədbir görəcək”. Netanyahu isə İsrailin İran xalqının mübarizəsini dəstəklədiyini bildirib və əlavə edib ki, “bəlkə də onların taleyini öz əllərinə almaları üçün vaxt gəlib çatıb”.

author picture
Leyla Bayandurlu
Mövzular:
İran ABŞ İsrail

Digər Xəbərlər