Reklam resmi
Reklam resmi

Gürcüstanda azərbaycanlı ata və oğulu güllələyən şəxsin GÖRÜNTÜLƏRİ

Gürcüstanda azərbaycanlı ata və oğulu güllələyən şəxsin GÖRÜNTÜLƏRİ
Kriminal

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli şəhərinin bazarında baş verən silahlı insidentin bəzi təfərrüatı bəlli olub.

Ajans.az aktual.ge-yə istinadən xəbər verir ki, insidenti törədən şəxsin hadisə yerindən qaçmasının görüntüləri yayılıb.

Təhlükəsizlik kameralarından əldə edilən görüntülərə görə, hadisəni törədən şəxsin gənc oğlan olduğu müəyyən edilib.

Görüntülərdə şübhəli şəxsin əlində odlu silah hadisənin baş verdiyi yerdən qaçdığı əks olunub.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Xatırladaq ki, hadisə dünən Marneuli mərkəzi bazarının qızıl məmulatları satılan hissəsində baş verib. Qızıl mağazasının sahibi olan Bayramovlar - ata Telman Bayramov və oğlu Sahib Bayramov naməlum şəxs tərəfindən güllələnib.

Fotoda Sahib Bayramov

Gürcüstanda azərbaycanlı ata və oğulu güllələyən şəxsin GÖRÜNTÜLƏRİ

Yaralılar Marneulidə yerləşən klinikalara yerləşdirilib. Telman Bayramov müalicə aldıqdan sonra evə buraxılıb, 26 yaşlı Sahib Bayramov isə xəstəxanada keçinib.

Mövzular:
güəllələnmə

Digər Xəbərlər