Reklam resmi
Reklam resmi

Amerika Venesuelaya hücuma keçib - VİDEO

Amerika Venesuelaya hücuma keçib - VİDEO
Dünya

Venesuela sakinləri səmada Amerikaya məxsus hücum helikopterlərini görüblər. Bu səbəbdən Venesuela Hərbi Hava Qüvvələri Amerika təyyarələrini və helikopterlərini ələ keçirmək üçün Su-30MKV qırıcı təyyarələrini havaya qaldırıb.

Ajans.az xəbər verir ki, bu  barədə "RİA Novosti" nəşri məlumat yayıb. 

Qeyd olunur ki, havada Amerikanın ağır yüklü Chinook helikopterləri də görünüb.

Xatırladaq ki,  ötən ilin dekabrın ortalarında ABŞ prezidenti Donald Tramp Venesuelaya gedən və Venesueladan gələn bütün sanksiyalı neft tankerlərinin "tam və hərtərəfli blokadası" elan edib. Ağ Ev həmçinin Venesuela hökumətini Vaşinqtonun aktivlərinin "oğurlanması"na görə terror təşkilatı elan etdi və Karakas bütün neft, torpaq və digər aktivləri geri qaytarana qədər ABŞ-nin ölkə ətrafındakı hərbi fəaliyyətinin artacağını vəd edib. Venesuela hökuməti Trampın bəyanatlarını rədd edib. 

Mövzular:
Amerika Venesuela

Digər Xəbərlər