Reklam resmi
Reklam resmi

28 vilayətdə qar uçqunu xəbərdarlığı ... BU ÖLKƏDƏ

28 vilayətdə qar uçqunu xəbərdarlığı ... BU ÖLKƏDƏ
Dünya

Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) 28 vilayətdə qar uçqunu təhlükəsi ilə bağlı xəbərdarlıq yayıb.

Ajans.az-ın məlumatına görə, bəzi bölgələrdə qar örtüyünün 20 santimetrdən çox olduğu və qar uçqunu riskinin kritik səviyyəyə çatdığı vurğulanıb.

Məlumata əsasən, Qara dəniz bölgəsində Düzcə, Bolu, Zonquldaq, Bartın, Karabük, Kastamonu, Ordu, Giresun, Trabzon, Rize, Artvin, Tokat, Gümüşhane və Bayburt, Mərkəzi Anadolu bölgəsində Sivas, Şərqi Anadolu bölgəsində Ərzincan, Tunceli, Bingöl, Ərzurum, Muş, Bitlis, Ardahan, Qars, Ağrı, Van və Hakkari, Cənub-Şərqi Anadolu bölgəsində isə Siirt və Şırnakda yüksək qar örtüyü olan maili və dik yamaclarda uçqun təhlükəsinin mövcud olduğu bildirilib.

Vətəndaşlara SMS vasitəsilə zəruri xəbərdarlıqlar göndərilib, rəsmi elanların izlənməsi və mümkün təhlükələrə qarşı ehtiyatlı olunması tövsiyə edilib.

Mövzular:
Türkiyə AFAD

Digər Xəbərlər