Reklam resmi
Reklam resmi

Yeni il üçün bölgələrə səyahət neçəyə başa gəlir?

Yeni il üçün bölgələrə səyahət neçəyə başa gəlir?
Cəmiyyət

Yeni il bayramı ilə əlaqədar paytaxt və bölgələrə üz tutan turistlərin sayında xeyli artım yaranır. Xüsusilə də, otel, istirahət mərkəzləri və restoranlarda xidmət haqları, menyu, şou-proqramların qiymətləri də dəyişir. Ajans.az bayram öncəsi qiymətləri araşdırıb.

Turizm eksperti Rəhman Quliyev mövzu ilə bağlı Ajans.az-a açıqlama verib. 

O bildirib ki, 2025–2026-cı il Yeni il mövsümü üçün otel qiymətləri daha çox plan və büdcə tələb edir.

Turizm şirkətləri müəyyən otel və restoranlar ilə birgə işləyir. Bir ailə üçün Yeni il tətilinin ümumi xərci ailənin gəlirlərindən və istirahət seçimlərindən asılı olaraq, dəyişir. 

O bildirib ki, Yeni il paketlərinin qiymətləri bayram öncəsi tələbata görə dəyişir. Şimal bölgələri  3 günlük istirahət 1600-2000 manat arasında dəyişir. Qax-Balakən bölgələrində 1300-1500 arası olur. 

Cənub bölgələri üçün ortalama tur qiymətləri  1000 manatdan başlayır. 

Ekspert bildirib ki, regionlardakı tur qiymətləri otelin səviyyəsinə görə dəyişə bilir.  3 və ya 4 ulduzlu otellər üçün qiymətlər orta gəlirli ailələr üçün daha əlverişli hesab edilir. 

Həmçinin, bayram zamanı restoran menyuları da gündəlik menyulardan fərqli olduğu üçün qiymətlərin qalxması normaldır.

author picture
Zərif Sofiyeva
Mövzular:
Yeni il bayramı Qiymətlər Rəhman Quliyev

Digər Xəbərlər