Reklam resmi
Reklam resmi

Təxirə salınan uçuşların sayı 10 mini keçdi- Bu ölkədə

Təxirə salınan uçuşların sayı 10 mini keçdi- Bu ölkədə
Dünya

ABŞ-ın Orta Qərb və Şimal-Şərq ştatlarında qeyri-sabit hava şəraiti səbəbindən 10 mindən çox uçuş təxirə salınıb.

Ajans.az xəbər verir ki, bu barədə “FlaytAvare” portalı məlumat yayıb.

Məlumata görə, bazar ertəsi və çərşənbə axşamının ilk saatlarından etibarən daha 1900 uçuş ləğv edilib.

Qeyd edək ki, bu bölgələrə güclü qar yağışı və fırtına küləyi əsib. Xüsusilə, bazar ertəsi axşamı Çikaqoda (İllinoys ştatı) küləyin sürəti bəzi yerlərdə 25 m/s-yə çatıb. Böyük miqyaslı uçuşların ləğvi və gecikmələri ilə yanaşı, çoxsaylı yol qəzaları da baş verib.

Mövzular:
ABŞ Uçuşlar “FlaytAvare” Çikaqo(İllinoys ştatı)

Digər Xəbərlər