Reklam resmi
Reklam resmi

Putin və Pezeşkian arasında telefon DANIŞIĞI

Putin və Pezeşkian arasında telefon DANIŞIĞI
Dünya

İran Prezidenti Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı ikitərəfli münasibətləri və razılaşmaların həyata keçirilməsini müzakirə edib.

Ajans.az xəbər verir ki, bu barədə İran Prezidentinin ofisi məlumat yayıb.

Prezidentlər iki ölkə arasında birgə sazişlərin həyata keçirilməsi prosesi barədə fikir mübadiləsi aparıblar.

Pezeşkian və Putin iki ölkə arasındakı münasibətlərin strateji xarakterini vurğulayıblar və koordinasiyanın gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Mövzular:
İran Rusiya Məsud Pezeşkian Vladimir Putin Telefon danışığı

Digər Xəbərlər