İran hücuma dərhal və sərt cavab verəcəyi barədə XƏBƏRDARLIQ EDİB
Tehran ölkəyə qarşı hər hansı hücuma dərhal və qətiyyətli cavab verəcəyini bəyan edib.
Ajans.az xəbər verir ki,bu barədə İranın Ali Lideri Ayətullah Əli Xameneinin siyasi müşaviri Əli Şamxani ABŞ prezidenti Donald Trampın İslam Respublikasına qarşı mümkün güc tətbiqi ilə bağlı açıqlamalarını şərh edərkən sosial şəbəkə X platformasında yazıb.
Şamxaninin sözlərinə görə, İranın müdafiə doktrinası potensial təhdidlər reallaşmazdan əvvəl belə cavab tədbirlərini nəzərdə tutur.
O bildirib ki, İranın raket və müdafiə imkanları heç bir məhdudiyyətə tabe deyil: “İranın raket və müdafiə imkanları idarəolunmazdır və icazə tələb etmir. Hər hansı hücuma və onu törədənlərinə dərhal və sərt cavab veriləcək”, – deyə Şamxani vurğulayıb.
Mövzular: