Tramp: “Putin onun iqamətgahına hücumu barədə məni məlumatlandırıb”
ABŞ prezidenti Donald Tramp jurnalistlərlə görüşü zamanı Rusiya prezidenti Vladimir Putinlə Ukraynanın onun iqamətgahına hücumu ilə bağlı danışdığını iddia edib.
Ajans.az xəbər verir ki,Ağ Ev rəhbəri əvvəlcə bu məlumatdan yeni xəbər tutduğunu bildirib: “Əslində bu barədə indicə eşitdim və detalları bilmirəm. Əgər doğrudursa, bu, çox məyusedici olardı”, – deyə Tramp qeyd edib.
Lakin bir neçə dəqiqə sonra o, Rusiya prezidenti ilə bu mövzuda birbaşa ünsiyyətdə olduğunu açıqlayıb. Trampın sözlərinə görə, Putin ona səhər tezdən zəng edərək iqamətgahının hücuma məruz qaldığını deyib: “Putin bu barədə mənə bu səhər danışdı. O, hücuma məruz qaldığını dedi. Bu, yaxşı deyil. Unutmayın ki, mən ‘Tomahawk’ raketlərini dayandırmışdım. Təcavüzkar olmaq bir şeydir, amma kiminsə evinə hücum etmək başqa məsələdir. İndi bunun vaxtı deyil”, – deyə ABŞ prezidenti vurğulayıb.
Mövzular: