Reklam resmi
Reklam resmi

Tramp: “ABŞ Venesuelada ilk quru hücumunu həyata keçirib”

Tramp: “ABŞ Venesuelada ilk quru hücumunu həyata keçirib”
Dünya

ABŞ prezidenti Donald Tramp ötən həftə Amerika qüvvələrinin Venesuelada “böyük bir obyektə” zərbə endirdiyini iddia edib. Onun sözlərinə görə, əməliyyat zamanı dəniz yolu ilə daşımalarla əlaqəli mühüm bir hədəf sıradan çıxarılıb.

Tramp daha əvvəl verdiyi açıqlamada bildirib: “Biz gəmilərin gəldiyi böyük bir zavodu və ya obyekti sıradan çıxardıq. Onlara çox güclü zərbələr endirdik.”

Ajans.az “The Guardian” qəzetinə istinadən xəbər verir ki, əgər bu iddialar təsdiqlənərsə, sözügedən əməliyyat Pentaqonun Tramp administrasiyası dövründə Venesuelada narkotik qaçaqmalçılığı ilə mübarizə adı altında ABŞ zərbə qüvvələrinin bölgədəki fəaliyyətini genişləndirməsindən sonra ölkə ərazisinə həyata keçirilən ilk quru hücumu olacaq.

Qeyd olunur ki, Vaşinqton Venesuela prezidenti Nikolas Maduro hökumətini narkotik qaçaqmalçılığı ilə əlaqədə ittiham edir. Rəsmi Karakas isə bu ittihamları dəfələrlə rədd edib.

ABŞ Müdafiə Nazirliyi və Venesuela rəsmiləri hələlik Trampın açıqlamaları ilə bağlı rəsmi təsdiq və ya şərh verməyiblər. Məsələ ilə bağlı məlumatların dəqiqləşdirilməsi gözlənilir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Donald Tramp Nikolas Maduro

Digər Xəbərlər