Reklam resmi
Reklam resmi

Putin Sovet Xalqının Soyqırımı ilə bağlı qanun İMZALADI

Putin Sovet Xalqının Soyqırımı ilə bağlı qanun İMZALADI
Dünya

Rusiya Prezidenti Vladimir Putin 19 aprel tarixini Sovet Xalqının Soyqırımı Qurbanlarının Anım Günü kimi təsis edən qanunu imzalayıb. Bu tarix 1941–1945-ci illər Böyük Vətən Müharibəsi zamanı nasistlər tərəfindən törədilmiş soyqırımı xatırlatmaq məqsədilə müəyyən olunub.

Ajans.az xəbər verir ki,müvafiq sənəd hüquqi aktların dərc edilməsi üçün rəsmi portalda yerləşdirilib. Qanun 1 yanvar 2026-cı il tarixindən qüvvəyə minəcək.

Qanun layihəsi 2025-ci ilin noyabrında Rusiya Federasiyası Dövlət Dumasına təqdim edilmişdi. Aşağı palatanın vitse-spikeri İrina Yarovaya bildirib ki, yeni xatirə günü Rusiyanın xatirə təqvimində SSRİ-yə qarşı təcavüzün soyqırım aktı kimi tanınması mövqeyinin milli təsdiqini göstərir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Vladimir Putin Rusiya

Digər Xəbərlər