Reklam resmi
Reklam resmi

Bu vərdişlər xərçəngə SƏBƏB OLUR

Bu vərdişlər xərçəngə SƏBƏB OLUR
Sağlamlıq

Həkim Aleksandr Myasnikov ruslara xərçəngə səbəb olan vərdiş barədə xəbərdarlıq edib.

Ajans.az xəbər verir ki, o, bu barədə “Rossiya 1” kanalında yayımlanan “Ən vacib şey haqqında” verilişində danışıb. Myasnikov bildirib ki, daim oturmaq vərdişi bir çox xəstəliklərin, xüsusən də xərçəngin riskini artırır.

“Depressiya - bəli, osteoporoz - 100 faiz, infarkt, insult – şübhəsiz ki” -, deyə həkim təhlükələri sadalayıb. Mütəxəssis vurğulayıb ki, bütün xərçəng xəstəliklərinin on faizə qədəri fiziki fəaliyyətin az olmasından qaynaqlanır.

“Oturduğunuz zaman bütün orqanlarınız risk altındadır. Oturmaq və ya uzanmaq ömür günlərini qısaltmaq deməkdir. Fiziki və aktiv günlər keçirin, yoxsa iflic olacaqsınız”, - deyə həkim yekunlaşdırıb.

author picture
Ajans_az Muxbir
Mövzular:
Həkim Xərçəng Vərdiş

Digər Xəbərlər