Reklam resmi
Reklam resmi

Oğlunun videoya çəkilməsi ölüm ilə nəticələndi:Kolumbiyada FACİƏ

Oğlunun videoya çəkilməsi ölüm ilə nəticələndi:Kolumbiyada FACİƏ
Dünya

Kolumbiyada baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir ailənin valideynləri həyatını itirib, azyaşlı uşaqlardan biri ağır xəsarət alıb.

Ajans.az yerli KİV-lərə istinadən xəbər verir ki, ata, ana və iki azyaşlı oğul çimərlik səfərindən evə qayıdarkən yolda tıxac yaranıb. Bu zaman böyük oğul tualetə getmək üçün avtomobildən düşüb. Qısa müddət sonra əyləcləri sıradan çıxmış yarımyük maşını ailənin avtomobilinə çırpılıb, daha sonra isə başqa bir yük maşını ilə toqquşub.

Qəza nəticəsində ana hadisə yerində, ata isə bir neçə dəqiqə sonra həyatını itirib. Kiçik oğul sağ qalıb, lakin ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Böyük oğulun avtomobildən düşməsi onun həyatını xilas edib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Qəzanın baş vermə səbəblərinin, o cümlədən yük maşınının texniki vəziyyətinin müəyyənləşdirilməsi üçün müvafiq ekspertizalar təyin olunub.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Kolumbiya hadisə

Digər Xəbərlər