Uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan olunmalıdır- Təklif
Azərbaycanda 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdə hesab açmasının qadağan olunması təklif edilir.
Ajans.az xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Millət Vəkili Kamal Cəfərov deyib.
O bildirib ki, "bununla bağlı qanunvericiliyə dəyişiklik edilməsi ilə bağlı müzakirə keçirilməlidir.
Spiker Sahibə Qafarova isə bu məsələyə növbəti sessiyada baxılacağını söyləyib.
Mövzular: