Reklam resmi
Reklam resmi

Rəcəb Tayyib Ərdoğan COP31-in prezidentini təyin EDİB

Rəcəb Tayyib Ərdoğan COP31-in prezidentini təyin EDİB
Dünya

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransının (COP31) prezidenti təyin edilib.

Ajans.az xəbər verir ki,bu barədə Murat Kurum X sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Nazir bildirib ki, bu vəzifəyə təyin olunması onun üçün böyük şərəfdir: “Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən COP31-in prezidenti təyin olunmaq mənim üçün böyük şərəfdir. COP31-ə ev sahibliyi etməklə Türkiyə qlobal iqlim siyasətində mühüm mövqe qazanıb və iqlim dəyişikliyi ilə mübarizədə əsas oyunçulardan birinə çevrilib”.

Murat Kurum vurğulayıb ki, bu məsuliyyətli missiya Türkiyənin maraqları naminə həyata keçiriləcək.

“Əminəm ki, ölkəmiz – dövlət siyasəti, idarəetmə sistemi, vətəndaş cəmiyyəti və 86 milyon vətəndaşı ilə birlikdə – bu tarixi fürsəti dezavantajlı bölgələrin və bütün dünyanın xeyrinə dəyərləndirəcək. COP31-ə sədrliyimizin ölkəmizə, xalqımıza və bütün bəşəriyyətə fayda gətirməsini arzulayıram”, – deyə nazir qeyd edib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
COP31 Türkiyə

Digər Xəbərlər