Reklam resmi
Reklam resmi

Tacikistan-Əfqanıstan sərhədində atışma: ÖLƏNLƏR VAR

Tacikistan-Əfqanıstan sərhədində atışma: ÖLƏNLƏR VAR
Dünya

Tacikistan Sərhəd Xidməti bildirib ki, 24 dekabr gecəsi Tacikistan-Əfqanıstan sərhədində baş verən atışma nəticəsində ən azı beş nəfər həlak olub.

Ajans.az xəbər verir ki,bu barədə Xovar agentliyi məlumat yayıb.

Sərhəd xidmətinin açıqlamasına görə, "terror təşkilatı"nın üç üzvü Əfqanıstandan Tacikistana keçərək Şəmsiddin rayonundakı nəzarət məntəqəsinə yaxınlaşıb. Sərhədçilərlə toqquşma zamanı hər üç əfqan yaraqlı və iki Tacik sərhəd xidməti əməkdaşı ölüb.

Tacikistan Sərhəd Xidməti Taliban hökumətini sərhəd təhlükəsizliyini təmin etməməkdə ittiham edib. Agentliyin məlumatına görə, bu, Əfqanıstandan Tacikistana bir ay ərzində üçüncü ölümcül hücumdur.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Tacikistan Əfqanıstan

Digər Xəbərlər