Reklam resmi
Reklam resmi

Rusiyada ata yeniyetmə qızını boğmağa CƏHD EDİB

Rusiyada ata yeniyetmə qızını boğmağa CƏHD EDİB
Dünya

Kaluqa vilayətində 53 yaşlı ata 15 yaşlı qızını boğmağa cəhd edib.

Ajans.az xəbər verir ki,bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

Məlumata görə, hadisə 22 dekabr gecəsi evdə baş verib. Kişi sərxoş vəziyyətdə olub və qızı müqavimət göstərməyi dayandırana qədər onun tənəffüs yollarını bağlayıb. Daha sonra hadisə yerindən qaçıb.

Huşsuz vəziyyətdə olan qızı anası taparaq təcili yardım çağırıb. Zərərçəkənə tibbi yardım göstərilir.

Hadisə ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi və 105-ci maddəsinin 1-ci hissəsi (“Qətlə cəhd”) üzrə cinayət işi açılıb. Ata saxlanılıb və polis nəzarətinə götürülüb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya hadisə

Digər Xəbərlər