Reklam resmi
Reklam resmi

Fransa müstəmləkəçiliyi cinayət kimi tanınıldı

Fransa müstəmləkəçiliyi cinayət kimi tanınıldı
Dünya

Əlcəzair parlamenti ölkənin 1830-1962-ci illər arasındakı Fransa müstəmləkəçiliyini cinayət kimi tanıyan qanun layihəsini yekdilliklə dəstəkləyib.

Ajans.az bu barədə "Kommersant" nəşrinə istinadən xəbər verir.

Qanunda qeyd olunur ki, Fransa Əlcəzairdəki müstəmləkə keçmişinə və onun yaratdığı faciələrə görə hüquqi məsuliyyət daşıyır.

Qanunda Fransa müstəmləkəçiliyinin cinayətləri sadalanıb. Buraya nüvə sınaqları, məhkəmədənkənar edamlar, fiziki və psixoloji işgəncələr, habelə resursların sistematik şəkildə qarət edilməsi daxildir.

Sənəddə həmçinin bildirilir ki, Fransa müstəmləkəçiliyinin vurduğu maddi və mənəvi zərərə görə tam və ədalətli təzminatın ödənilməsi Əlcəzair dövlətinin və xalqının ayrılmaz hüququdur.

Mövzular:
Fransa

Digər Xəbərlər