Cənubi Koreyada keçmiş prezident seçki qanununu pozmaqda ittiham EDİLİB
Cənubi Koreyanın xüsusi prokurorları keçmiş prezident Yun Sok-yolu seçki qanunvericiliyini pozmaqda ittiham ediblər.
Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, 2021-ci ilin iyunundan 2022-ci ilin martına qədər Yun və həyat yoldaşı adından bir neçə ictimai rəy sorğusu keçirilib, lakin ödəniş edilməyib. Bu qanunsuz fəaliyyət Yun Sok-yola təxminən 137 milyon von (94.000 dollar) qazanc gətirib.
Əlavə olaraq, keçmiş prezident dövlət sisteminə qarşı üsyan, səlahiyyətlərindən sui-istifadə və dövlət orqanlarının fəaliyyətinə mane olmaqda da ittiham olunur. Prokurorlar onun aktivlərinin müsadirə olunmasını tələb edirlər.
2022-ci ilin martında keçirilmiş prezident seçkilərindən sonra Yun Sok-yol hakimiyyətdən uzaqlaşdırılıb, yeni prezident Li Ce-myunq isə seçkilərdə qalib gəlib.
Mövzular: