Reklam resmi
Reklam resmi

Epşteynə aid edilən prezidentlə bağlı məktub SAXTADIR

Epşteynə aid edilən prezidentlə bağlı məktub SAXTADIR
Dünya

ABŞ Federal Təhqiqat Bürosu (FTB) və ABŞ Ədliyyə Nazirliyi maliyyəçi Ceffri Epşteynə aid edildiyi iddia olunan və adı açıqlanmayan bir prezidentin gənc qadınlara münasibətini təsvir edən məktubun saxta olduğunu rəsmi şəkildə təsdiqləyib.

Ajans.az xəbər verir ki, sözügedən sənəd Epşteynin istintaq materialları arasında aşkar edilib. Məktub ABŞ Gimnastika millisinin keçmiş həkimi Larri Nassara ünvanlanmış anonim qeyddə yer alıb. Qeyddə müəyyən bir prezidentin gənc qadınlara qarşı qeyri-etik davranışlar sərgilədiyi iddia olunurdu.

Rəsmi açıqlamada bildirilib ki, aparılan əl yazısı ekspertizası məktubun Epşteyn tərəfindən yazıldığını təsdiqləməyib. Bundan əlavə, sənəd Epşteynin Nyu-Yorkdakı həbsxana kamerasında huşsuz vəziyyətdə tapılmasından üç gün sonra Şimali Virciniya ştatından poçt vasitəsilə göndərilib.

Rəsmilər məktubun mənşəyi və məqsədi ilə bağlı araşdırmaların davam etdiyini bildiriblər.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Ceffri Epşteyn

Digər Xəbərlər