Reklam resmi
Reklam resmi

Turist restoranın şüşə qapısına çırpılaraq ÖLÜB

Turist restoranın şüşə qapısına çırpılaraq ÖLÜB
Dünya

Taylandın Phuket şəhərində avstraliyalı turist restoranda baş verən hadisə nəticəsində ölüb. Hadisə gecə saatlarında “Kappadocia” türk restoranında baş verib.

Ajans.az The Standart qazetinə istinadən xəbər verir ki, tək yaşayan turist yemək yeyərkən qəribə davranmağa başlayıb: ruhdan düşüb, başını yelləyib və ətrafdakılara yönəlmiş hərəkətlər edib. Restoran işçiləri kömək üçün yaxınlaşanda kişi birdən yerindən sıçrayıb, qışqırıb və başını restoranın şüşə qapısına çırpıb.

Zərbənin təsiri ilə şüşə sındı və turist küçəyə yıxıldı. Təcili yardım çağırılıb, lakin o, qan itkisindən ölüb.

“The Standard” qəzetinin məlumatına görə, polis hadisənin səbəblərini araşdırır. Hələlik ölən şəxsin psixi vəziyyəti və digər detallarla bağlı rəsmi açıqlama verilməyib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Провинция у моря (@prov_u_morya)

author picture
Leyla Bayandurlu
Mövzular:
Tayland Phuket şəhəri

Digər Xəbərlər