Reklam resmi
Reklam resmi

İlk dəfə Azərbaycan üzərindən Ermənistana taxıl GÖNDƏRİLİB

İlk dəfə Azərbaycan üzərindən Ermənistana taxıl GÖNDƏRİLİB
İqtisadiyyat

Volqoqrad vilayəti ilk dəfə olaraq Azərbaycan ərazisindən keçməklə dəmir yolu vasitəsilə Ermənistana taxıl ixracına başlayıb.

Ajans.az Voljsky.ru saytına istinadən xəbər verir ki, buğda ilə yüklənmiş vaqonlar Volqoqrad vilayətində yerləşən Qmelinskaya stansiyasından yola salınıb. Yük qatarı Azərbaycan üzərindən keçərək Yerevan stansiyasına çatdırılacaq.

Bildirilir ki, ilk partiya səkkiz taxıl vaqonundan ibarət olub. Planlara əsasən, 2025-ci ilin sonunadək Ermənistana ümumilikdə 2000 tondan artıq buğda, yəni 30 taxıl vaqonunun göndərilməsi nəzərdə tutulur.

author picture
Leyla Bayandurlu
Mövzular:
Volqoqrad vilayəti Azərbaycan Ermənistan

Digər Xəbərlər