Reklam resmi
Reklam resmi

EKOL TV fəaliyyətini DAYANDIRDI

EKOL TV fəaliyyətini DAYANDIRDI
Dünya

Türkiyədə EKOL TV telekanalının fəaliyyəti dayanıb.

 Ajans.az  xəbər verir ki, kanal 1,5 ildir fəaliyyət göstərirdi. Müvafiq qərarın bu gün verildiyi bildirilir.

 Kanal tərəfindən paylaşılan rəsmi açıqlamada, bağlanma səbəb kimi maliyyə çətinlikləri göstərilib: “Son dövrdə formalaşan kapital strukturu və baş verən dəyişikliklər iqtisadi dayanıqlılığa mənfi təsir göstərib. Bu çərçivədə İdarə Heyətimiz tərəfindən zəruri qiymətləndirmələr aparılıb. Təəssüf ki, mövcud mərhələdə kanalımızın fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.

 Bu günədək əməyi keçən bütün əməkdaşlarımıza və bizə etimad göstərən dəyərli tamaşaçılarımıza ən səmimi sevgimizi və təşəkkürümüzü bildiririk”, - açıqlamada qeyd olunub.

Mövzular:
Türkiyə

Digər Xəbərlər