Reklam resmi
Reklam resmi

Avtobus qəzasında 16 nəfər öldü- BU ÖLKƏDƏ

Avtobus qəzasında 16 nəfər öldü- BU ÖLKƏDƏ
Dünya

İndoneziyanın Semaranq şəhəri yaxınlığında avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 16 nəfər həlak olub, daha 18 nəfər xəsarət alıb.

Ajans.az-ın məlumatına görə, bu barədə dairənin axtarış-xilasetmə xidmətinin rəhbəri "Kompas" nəşrinin "YouTube" kanalının efirində məlumat verib.

"Son məlumatlara görə, ölənlərin sayı artıb, qəzada xəsarət alanlardan biri xəstəxanaya çatdırıldıqdan sonra dünyasını dəyişib", - deyə o dəqiqləşdirib.

Axtarış-xilasetmə xidmətinin rəhbəri əlavə edib ki, avtobus Cakartadan Cokyakartaya yüksək sürətlə hərəkət edirmiş, nəticədə yol kənarındakı maneəyə çırpılaraq aşıb. Qəzada xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər və hazırda həkim nəzarətindədirlər.

author picture
Leyla Nəsirli
Mövzular:
Qəza

Digər Xəbərlər