Tacikistan Prezidenti Rusiyaya səfərə gedib
Dekabrın 21-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Müstəqil Dövlətlər Birliyinin üzv dövlətlərinin liderlərinin qeyri-rəsmi görüşündə iştirak etmək məqsədilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə yola düşüb.
Ajans.az xəbər verir ki, səfər çərçivəsində Prezident Rəhmonu xarici işlər naziri, Prezidentin xarici əlaqələr üzrə köməkçisi və digər rəsmi şəxslər müşayiət edir.
Mövzular: