Reklam resmi
Reklam resmi

Naxçıvanda sərnişinlərin baqajından qızılları oğurlayan aeroportun işçiləri olub - TƏFƏRRÜAT

Naxçıvanda sərnişinlərin baqajından qızılları oğurlayan aeroportun işçiləri olub - TƏFƏRRÜAT
Hadisə
305

Naxçıvan Beynəlxalq Hava Limanında sərnişinlərin dəyərli əşyalarının oğurlanmasının təfərrüatı bəlli olub.

Ajans.az xəbər verir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə bu il 3, 13 və 17 avqust tarixlərində gerçəkləşən Naxçıvan-Bakı reysləri zamanı baş verib.

 Cinayət hadisəsini isə aeroportun daşınmaların təşkili və koordinasiyası xidmətində yükvuran kimi çalışan 1997-ci il təvəllüdlü Hüseyn Həmzəyev və 2005-ci il təvəllüdlü Səid Kərimli törədib.

 Qabaqcadan əlbir olan şəxslər Naxçıvan aeroportunda baqaj yüklərinin təyyarəyə daşınması zamanı qanunsuz olaraq çantalara baxış keçirib və qızıl-zinət əşyalarını mənimsəyiblər.

 Oğurluq əməli törədən şəxslərin əsasən qadın çantalarına və sərnişinlərin çatdıqları yerdə açılmasından şübhələnməmələri üçün bağlaması zəif olan baqajlara baxdıqlarını müəyyən edilib.

Mövzular:
Naxçıvan Beynəlxalq Hava Limanı Oğurluq Naxçıvan-Bakı reysləri

Digər Xəbərlər