Reklam resmi
Reklam resmi

İranda yağışdan sonra “qanlı”mənzərə yaranıb

İranda yağışdan sonra “qanlı”mənzərə yaranıb
Dünya

İranın Hörmüz Adası güclü yağışlardan sonra qlobal müzakirə mövzusuna çevrilib. Sahil xətləri bir gecədə qeyri-real qan qırmızısı mənzərəyə bürünüb.

Ajans.az xəbər verir ki,Fars körfəzi adasının çimərlikləri və dayaz suları qırmızı rəngdə görünərək internetdə heyrət, maraq və narahatlıq doğurub.

Elmi izahına görə, bu vizual olaraq diqqət çəkən hadisə adanın unikal geologiyası ilə bağlıdır. Hörmüz adası dəmir oksidi, xüsusilə torpağa və qayalara dərin qırmızımtıl rəng verən hematit mineralları ilə zəngindir. Geoloqlar bildirirlər ki, yağış suyu adanın dəmirlə zəngin ərazilərindən sızaraq dəmir oksidi hissəciklərini sahilə daşıyır. Nəticədə qum və suyun kəskin qırmızı rəng alması baş verir və eroziyanın daha aktiv olduğu ərazilərdə bu effekt güclənir.

@dailymail A shocking scene unfolded in the Middle East when the waters of the Persian Gulf turned red, just as biblical prophecies of Judgment Day had foretold. Videos from Iran's Hormuz Island on Tuesday captured the moment when pouring rain along the coast turned a deep reddish hue, flowing over cliffs, flooding into the ocean. #news #world #wild #bible ♬ original sound - Daily Mail

author picture
Leyla Bayandurlu
Mövzular:
İran Hörmüz Adası

Digər Xəbərlər