Reklam resmi
Reklam resmi

Hamilə qadın polis tərəfindən DÖYÜLDÜ- BU ÖLKƏDƏ...

Hamilə qadın polis tərəfindən DÖYÜLDÜ- BU ÖLKƏDƏ...
Dünya

ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) agentlərinin Minneapolis şəhərində bir qadını zorla yerə yıxması ilə bağlı yayılan video geniş rezonans doğurub və Donald Tramp administrasiyasının aqressiv deportasiya siyasəti ətrafında mübahisələrə səbəb olub.

Ajans.az xəbər verir ki,hadisə bazar ertəsi günü “Metro Surge” əməliyyatı çərçivəsində baş verib. Şahidlərin çəkdiyi və sosial şəbəkələrdə yayılan görüntülərdə ICE əməkdaşlarının qadını qarla örtülü səkiyə üzüstə yıxdığı, ona qandal vuraraq bir qolundan tutub buzlu səthdə sürüklədiyi əks olunub. Videolarda ətrafdakı sakinlərin etiraz etdiyi, bəzilərinin agentlərə qar topu atdığı, “O, mənimdir!” və “Onu aparmağa haqqınız yoxdur!” kimi qışqırıqlar səsləndirdiyi eşidilir.

CBS Newsun məlumatına görə, yaranan qarşıdurma nəticəsində qadını müdafiə etməyə çalışan azı dörd yerli sakin federal nəzarətə götürülüb. Sosial mediada istifadəçilər baş verənləri “qeyri-insani davranış” kimi qiymətləndirərək hüquq-mühafizə orqanlarının səlahiyyət həddini aşdığını bildiriblər.

 

@nowthisimpact

The disturbing incident occurred on Monday in Minnesota.

♬ original sound - NowThis Impact

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti Minneapolis şəhəri

Digər Xəbərlər