Təyyarə bu səbəbdən hava limanına QAYITDI
Almatıdan Astanaya uçuş həyata keçirən Air Astana şirkətinin Airbus A321N EI-KDG təyyarəsi, göyərtəsində tüstü aşkar edildiyi üçün təhlükəsizlik məqsədilə geri dönüb.
Ajans.az Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, təyyarə səhər saat 7:40-da (Bakı vaxtı ilə 6:40) Almatı Hava Limanına təhlükəsiz eniş edib. Sərnişinlər və ekipaj üzvləri arasında xəsarət olmadığı bildirilib.
Almatı Hava Limanının yanğınsöndürmə və xilasetmə xidməti təhlükəsizliyi təmin etmək üçün dərhal tədbir görüb. Hazırda, Nəqliyyat Qəzaları və Hadisələrinin Araşdırılması Departamentinin əməkdaşları hadisənin səbəblərini araşdırırlar.
Mövzular: