Reklam resmi
Reklam resmi

Tanınmış müxbir əri ilə evlərində ÖLÜ TAPILIBLAR

Tanınmış müxbir əri ilə evlərində ÖLÜ TAPILIBLAR
Dünya
2682

Məşhur televiziya müxbiri Kristina Çambers və həyat yoldaşı Conni Rimes ABŞ-ın Alabama ştatının Huver şəhərində yerləşən evlərində ölü tapılıblar.

Ajans.az Daily Mail-ə istinadən xəbər verir ki, cütlük ailə üzvü tərəfindən huşsuz vəziyyətdə aşkarlanıb. Çərşənbə axşamı səhər saat 09:00 radələrində qohumunun faciəli hadisəni görməsindən sonra polis əməkdaşları Highland Manor Court küçəsinin 700-cü məhəlləsinə cəlb olunublar.

Hadisə zamanı cütlüyün üç yaşlı övladının sağ olduğu bildirilib. Təcili tibbi yardım əməkdaşları hər iki şəxsin hadisə yerində həyatını itirdiyini təsdiqləyiblər.

Qeyd edək ki, Kristina Çambers və Conni Rimes 2021-ci ildə ailə həyatı qurmuşdular. Kristina Çambers təxminən 10 ildir ki, yerli WBRC telekanalında idman müxbiri kimi fəaliyyət göstərirdi və peşəkar fəaliyyəti ilə tanınırdı.

author picture
Leyla Bayandurlu
Mövzular:
Kristina Çambers Conni Rimes

Digər Xəbərlər