Təyyarənin mühərriki havada ALOVLANDI
Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən Şeremetyevo Hava Limanında Boeing tipli təyyarənin mühərriki alovlanıb.
Ajans.az xəbər verir ki,bu barədə Shot Telegram kanalı məlumat verib.
Bildirilir ki, təyyarə Moskva vaxtı ilə saat 7:00-da (Bakı vaxtı ilə saat 8:00) Kubanın Cayo Koko şəhərinə uçmalı idi.
“Təyyarə havaya qalxarkən sağ mühərrikdən parlaq bir işıq püskürdü. Təyyarə dərhal yerə endi və yüksək sürətlə təcili əyləc etdi”, – məlumatda qeyd olunur. Sərnişinlər bildiriblər ki, sürətlənmə zamanı təyyarənin gücü yetərli olmayıb.
Hadisə yerinə xilasedicilər və yanğınsöndürən briqadalar cəlb olunub, sərnişinlər isə təhlükəsiz şəkildə təxliyə edilib. Təyyarənin uçuşu Moskva vaxtı ilə saat 11:00-a (Bakı vaxtı ilə saat 12:00) təxirə salınıb.
Hava limanı və aviaşirkət hadisənin səbəblərini araşdırır.
Mövzular: