“Matrix” filminin aktyoru VƏFAT EDİB
“Matrix” filmindəki rolu ilə tanınan avstraliyalı aktyor Martin Qrelis 58 yaşında dünyasını dəyişib.
Ajans.az xəbər verir ki,bu barədə dekabrın 16-da Sophie Germain Management şirkəti “Instagram” sosial şəbəkəsində məlumat yayıb. Qeyd edək ki, sözügedən platforma Rusiyada qadağan olunmuş, ekstremist təşkilat kimi tanınan “Meta” şirkətinə məxsusdur.
Paylaşımda bildirilib:
“Sevimli müştərimiz Martin Qrelisin vəfatı xəbərindən dərin kədər hissi keçiririk. Bu ağır dövrdə ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. O, həddindən artıq tez dünyasını dəyişdi”.
Martin Qrelis aktyorluq karyerasına 1990-cı illərin sonlarında başlayıb. O, 1999-cu ildə “Ulduz müharibələri” seriyasına həsr olunmuş “Qaranlıq xilas” adlı fan-filmdə Boba Fett obrazını canlandırıb. Daha sonra Avstraliya istehsalı olan “Dəmir səma” filmində rol alıb.
Aktyor dünya miqyasında isə əsasən “Matrix” filmində hərbi vertolyot pilotu obrazı ilə tanınıb.