Reklam resmi
Reklam resmi

Azərbaycan neft ixracını ARTIRIB

Azərbaycan neft ixracını ARTIRIB
İqtisadiyyat

Bu ilin yanvar-noyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 22 milyon 132 min 445,56 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Ajans.az xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin statistikasında məlumat verilib.

Azərbaycandan ixrac edilən xam neftin dəyəri 11 milyard 514 milyon 966,53 min ABŞ dolları təşkil edib.

İxrac edilən xam neftin həcmi 2024-cü ilin eyni ayları ilə müqayisədə 2,7 % çox, dəyəri isə 13,4 % azdır.

Ötən 11 ayda Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 49,21 % olub.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 44 milyard 589 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 23 milyard 401 milyon ABŞ dolları ixracın, 21 milyard 188 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 3,85 % azalıb, idxal isə 12,9 % artıb.

Mövzular:
neft ixrac

Digər Xəbərlər